Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid İsmayılzadə Şəhriyarın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

05 iyul 2022 | 08:59
05.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin  və “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış  şəhid İsmayılzadə Şəhriyarın doğum günü münasibətilə anım tədbiri keçirilib. Anım tədbirində şəhid ailələri, Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhidimizin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, şəhər gəncləri, Gənclər Evinin könüllüləri iştirak edib. Anım tədbiri şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub. Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək, illər sonra üçrəngli bayrağımızın Qarabağ səmasında dalğalanmasına görə  şəhidlərimizə borclu olduğumuzu, vətən üçün gözünü qırpmadan canından keçən vətən oğullarının ruhunun hər zaman uca tutulacağını qeyd edib. Şirvan şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin  Balayev çıxış edərək, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhramancasına şəhidlik zirvəsinə ucalmış hərbçi və mülki vətəndaşların göstərdiyi xüsusi şücaətlərdən  bəhs edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Şirvan şəhər 12 nömrəli tam orta məktəbin müəllimləri Şəhriyar haqqında xoş xatirələrini bölüşüblər, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Anım tədbirində Gənclər Evi tərəfindən şəhid İsmayılzadə Şəhriyar  haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.

 

Mətbuat xidməti

Keçidlər