Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid Namiq Xəlilovun xatirəsi anılıb.

17 oktyabr 2026 | 15:55

Oktyabrın 17-də Vətən müharibəsi şəhidi Namiq İlyas oğlu Xəlilovun anım günü ilə əlaqədar Şəhidlər xiyabanında tədbir keçirilib.

Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhərin idarə, müəssisə və  təşkilatlarının rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhid Namiq Xəlilovun və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

Çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib.

Digər çıxış edənlər şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıblar.

Şəhid Namiq Xəlilov hərbi xidmətləri, döyüşlərdə göstərdiyi igidlik, şücaət və qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “Şücaətə görə”, ”Füzulinin azad olunmasına görə”,  ”Kəlbəcərin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər