Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhidin ailə üzvlərinin yaşadığı binanın qarşısındakı məhəllədə abadlıq işləri aparılır.

05 avqust 2022 | 18:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şirvan şəhərində park və xiyabanlar, məhəllələr yenidən qurulur, abadlaşdırılır, sakinlərin rahatlığı üçün lazimi şərait yaradılır. Hazırda Səməd Vurğun küçəsində şəhid, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun ailəsinin yaşadığı binanın qarşısındakı məhəllədə abadlıq işləri aparılır. Məhəllədəki söhbətgahlar, oturacaqlar, uşaqlar və yeniyetmələr üçün quraşdırılmış əyləncə və idman qurğuları təmir edilərək rənglənir, ərazidəki yaşıllıqlara aqrotexniki qulluq göstərilir. Məhəllədə görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır. Məhəllənin əhatə etdiyi binaların sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

 Mətbuat xidməti

Keçidlər