Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Şəhidlər Xiyabanı ziyarət olunub.

10 avqust 2022 | 16:37

Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılır və mövcud məkan yenidən qurulur. Bununla bağlı 10.08.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan şəhər prokuroru Kamal Talıbov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin şəhər şöbəsinin rəis müavini  Nadir Əzizov,  Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, şöbə müdirləri və məsul əməkdaşları, şəhid ailələri  və ictimaiyyət nümayəndələri Şirvan Şəhidlər Xiyabanını ziyarət ediblər. Öncə I Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Ziyarət zamanı bildirilib ki, I Qarabağ müharibəsində Şirvan şəhərindən  137 nəfər şəhid olub, onlardan 99 nəfəri Şirvan Şəhidlər Xiyabanında dəfn olunub. Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi, I Qarabağ müharibəsi şəhidlərininin də məzarlarının üstünün qara mərmərdən götürülməsi zərurətini yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər Xiyabanında I Qarabağ müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi işlərinə başlanılıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında aparılan abadlıq və  yenidənqurma işlərinin gedişi ilə tanış olub, zəruri tapşırıq və tövsiyələrini verib, Vətən müharibəsi şəhidlərinin  məzarlarını ziyarət edib. Şəhidlərin valideynlərinə və yaxınlarına başsağlığı verib, belə qəhrəman övladlar böyütdükləri üçün təşəkkürünü bildirib. Şəhid ailələri Şirvan Şəhidlər Xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinə, onlara göstərilən diqqət və qayğıya  görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident,  hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

 Mətbuat xidməti

Keçidlər