Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhidlərin anım günləri qeyd edilib.

10 oktyabr 2025 | 14:52

Şirvan şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri Xəqani Məmmədovun, Nicat Hüseynovun, Bəxtiyar İslamovun və Emil Hümbətovun anım günləri ərəfəsində məzarları ziyarət olunub.

Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın işğaldan azad edildiyini, üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığı vurğulayaraq, bu gün həmin ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib.

Digər çıxış edənlər şəhidlərin qəhrəmanlığından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən bəhs ediblər.

Tədbirdə həmçinin Vətən müharibəsi şəhidləri Röyal Məmmədovun və Əli Mənəflinin doğum günləri münasibətilə məzarları ziyarət olunub, xatirələri anılıb.

Keçidlər