Şirvanda “Sel və daşqın zamanı təhlükəsizlik qaydaları” mövzusunda tədbiri keçirilib.
Aprelin 15-də Şirvan şəhər Bayramlı və Hacıqəhrəmanlı qəsəbə sakinlərinin iştirakı ilə “Sel və daşqın zamanı təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədr müavini, şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hənifə Mövlayev, Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzi Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi Mirmöhsüm Qüdrətov, idarənin əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və sakinlər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd xüsusilə intensiv yağıntılarla əlaqədar çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.