Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda su-kanalizasiya sistemində yenidənqurma işləri davam edir.

24 iyun 2022 | 13:04
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri mərhələli şəkildə aparılır.
Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən xüsusi təyinatlı texnikalar vasitəsilə şəhər üzrə müxtəlif ünvanlarda mərkəzi və məhəllədaxili kanalizisaiya xətləri yenilənib və hazırda şəhərin Xəqani küçəsində işlər davam etdirilir.
Su və kanailzasiya xətlərinin çəkilməsi nəzərdə tutulan küçələrdə digər kommunikasiya xətlərinin zədələnməməsinə, ərazinin giriş-çıxışına xüsusi lentlər bağlanmasına və xəbərdaredici nişanlar qoyulmasına aidiyyəti təşkilatlar tərəfindən nəzarət olunur, qazıntı işləri texniki təhlükəsizlik qaydalarına əməl edilməklə aparılır.
Su-kanalizasiya xətlərinin çəkilişinin yekunlaşdığı küçələrdə paralel olaraq, səliqə-sahman işləri aparılır, sakinlərin və nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə qazılmış hissələr bərpa olunaraq asfaltlanır.
 
Mətbuat xidməti
Keçidlər