Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib.

05 iyun 2026 | 15:58

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2014-cü ildən etibarən hər il iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.

Peşə bayramı münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, aparatının işçiləri, şəhərdə fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya idarələrinin rəhbərləri və kollektivləri ilə birlikdə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Agentliyin rəhbərliyini və bütün əməkdaşlarını 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində möhkəm cansağlığı, davamlı uğurlar və yüksək nailiyyətlər arzu edirik!

Bayramınız mübarək!

 

Keçidlər