Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda sudan səmərəli istifadənin təmin edilməsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

19 aprel 2023 | 18:11

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq  19.04.2023-cü il tarixdə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində sudan səmərəli istifadənin təmin edilməsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib. İctimaiyyətin məlumatlandırılması məqsədilə keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Emil Məcidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin məsləhətçisi Mikayıl Cabbarov və Dövlət Ekoloji Ekspertiza Agentliyinin aparıcı mütəxəsisi Elsəvər Abbasov, Kənd Təsərrüfatı Nazirliyinin Salyan Regional Təlim Mərkəzinin Nümayiş sahələri ilə iş şöbəsinin müdiri Şükür İsmayılov, Dövlət Su Ehtiyatları Agentliyinin Sudan İstifadəedənlər Birlikləri üzrə iş sektorunun baş məsləhətçisi  Sərxan Bayramov və Hacıqabul Suvarma Sistemləri İdarəsinin Sudan istifadə şöbəsinin mühəndisi Nizami Sadıxov, “Azərsu” ASC-nin Sukanal ETLİ-un Hidroloji tədqiqatlar şöbəsinin rəisi Rais Əbdüləzimov və Su mənbələri və emal qurğularının idarə olunması şöbəsinin aparıcı mühəndisi Sənan Hüseynov və aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyindən, orta illik temperaturun yüksəlməsindən, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalmasından, eyni zamanda həyat standartlarının yüksəlməsindən, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafından, əkin sahələrinin və suvarma şəbəkələrinin genişlənməsi nəticəsində suya olan təlabatın artmasından bəhs ediblər. Dövlət tərəfindən su təchizatı sferasında mühüm işlərin görüldüyünü, bu istiqamətdə yeni sututarların yaradıldığını və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə layihələrin icra olunduğunu və su obyektlərindən nəzarətdənkənar istifadənin aradan qaldırılması istiqamətində görülən işləri qeyd ediblər. Tədbirdə su ehtiyatlarının mühafizəsi, sudan qənaətli və səmərəli istifadə çərçivəsində həyata keçirilən maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb, hər bir vətəndaşın gündəlik həyatında sudan səmərəli istifadənin əhəmiyyəti vurğulanıb.

             

 

Mətbuat xidməti

Keçidlər