Şirvanda "Taekvondo hamı üçün" idman tədbiri keçirilib.
29 avqust 2022 | 11:33
28 avqust 2022-ci il tarixdə Şirvan şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində "Taekvondo hamı üçün" idman tədbiri keçirilib. Tədbir çərçivəsində 8-16 yaş arası uşaq və yeniyetmələrin taekvondo idman növü üzrə nümunəvi çıxışları göstərilib. Qeyd edək ki, "İdman hamı üçün" layihəsi çərçivəsində Şirvan şəhərində hər həftə müxtəlif idman növləri üzrə tədbirlər təşkil olunur. Əyləncəli idman tədbirinin təşkilində məqsəd, müxtəlif idman növlərinin təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Mətbuat xidməti