Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Təbiətlə həmrəylik” adlı rəsm sərgisi keçirilib.

14 may 2024 | 18:41

Mayın 14-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətlə həmrəylik” mövzusunda rəsm sərgisi keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, məktəb direktorları və şagirdlər iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Arzu İmanovanın və şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Çəkilmiş rəsm və əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda şagirdlər tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Keçidlər