Şirvanda tibb işçilərinin peşə bayramı qeyd edilib.
İyunun 17-də Şirvan Şəhər İcra Hakimiyyətində 17 İyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və bir qrup tibb işçisi iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər ərzində səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, səhiyyənin inkişafı, innovativ texnologiyaların tətbiqi, maddi-texniki bazasının və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayaraq, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın səhiyyə sahəsinin inkişafına, əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə verdiyi mühüm töhfələri xüsusi qeyd edib. Bildirib ki, son illər səhiyyə sisteminin müasirləşdirilməsi, innovativ texnologiyaların tətbiqi, maddi-texniki bazanın gücləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bu sahənin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiq edir.
Çıxış edən Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, tibb işçiləri əhalinin sağlamlığının qorunması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və səhiyyə sahəsində əldə olunan nailiyyətlərin davamlılığının təmin edilməsi istiqamətində bundan sonra da üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklər.
Tədbirdə iştirak edən səhiyyə işçiləri tibb müəssisələrində yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra tibb işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup tibb işçisi şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.






