Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

08 may 2025 | 18:47

Mayın 8-də Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə şəhərin N.Nərimanov parkında növbəti ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, səhiyyə işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Aksiya zamanı müxtəlif növ ağaclar əkilərək suvarılıb, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Keçidlər