Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

07 may 2026 | 18:41

Mayın 7-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə şəhərin Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında Zəfər abidəsi və Yay kinoteatrı ətrafında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Aksiya zamanı 250-dən çox müxtəlif növ ağaclar əkilərək, aqrotexiki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Keçidlər