Şirvanda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Dekabrın 12-də Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin M.Füzuli adına mədəniyyət və istirahət parkında ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.






