Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

12 dekabr 2024 | 16:32

12 dekabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi verilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, İH başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərlərinin, şəhid ailələri, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş foto-sərgiyə baxış keçirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət  atası” filmi nümayiş olunub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məruzə ilə çıxış edərək, qeyd edib ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub. Bu gün hər birimiz Ulu öndərin əziz xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ulu öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqı ona güvəndi, ona inandı və bu gün Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirdiyini vurğulayıb.

Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov,  sabiq millət vəkili İltizam Yusifov, “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseyn, şəhid atası Alim Zülfüqarlı, rus icmasının üzvü Anisimova Tatyana Valeryevna, Hacıqəhrəmanlı qəsəbə sakini Fatma Qasımova, yazıçı-şair Yaqub Salmanov Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir və müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıblar.

Sonda din xadimləri tərəfindən Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhlarına dualar oxunub.

Keçidlər