Şirvanda Ümummilli Lider Heydər Əliyevin anım günü silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İH başçısı yanında Şuranın üzvləri, regional qurumların və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Abidə ziyarət olunduqdan sonra iştirakçılar Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.
Şirvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri gün ərzində şəhərin mərkəzi meydanınında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edir, abidə önünə gül dəstələri düzür, unudulmaz xatirəsinə ehtiramlarını ifadə edirlər.