Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə xatirəsi anılıb.

10 may 2025 | 18:32

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili Heydər Əsədov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, idarə və müəssisələrin kollektivləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhərin mərkəzi meydanında ucalan Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. 

Keçidlər