Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konsert təşkil edilib.
Mayın 10-da Şirvan Şəhər İcra Hakimiyyəti və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birlikdə təşkilatçılığı ilə şəhərin Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə konsert təşkil edilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili Heydər Əsədov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Əməkdar Kollektivi F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti və solistlərinin ifası ilə keçirilən konsert proqramı atəşfəşanlıqla sona çatıb.