Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

08 may 2025 | 17:42

Mayın 8-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Heydər Əliyev: Əbədiyaşar lider” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, güclü dövlətə çevrilməsi, beynəlxalq aləmdə tanınması üçün həyata keçirdiyi siyasi, iqtisadi, mədəni islahatlardan danışıb. Bildirib ki, Ulu Öndərin 1993-cü ildə xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edərək, uzunmüddətli tərəqqi yoluna çıxarıb. Qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında da Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycanın mühüm tarixi nailiyyətlərə imza atığını, möhtəşəm tarixi Zəfər qazandığını diqqətə çatdırıb.

Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar və inkişaf strategiyaları Azərbaycanın güclənməsinə və beynəlxalq nüfuzunun artmasına səbəb olmuşdur. Bu siyasi kursun ayrılmaz hissəsi kimi, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da sosial, humanitar və mədəni sahələrdə genişmiqyaslı fəaliyyət göstərərək dövlət başçısının müəyyən etdiyi inkişaf xəttinə mühüm töhfələr verir. Onların birgə fəaliyyəti ölkəmizdə həm siyasi sabitliyi, həm də cəmiyyətin rifahını təmin edən güclü vəhdət nümunəsidir.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər