Şirvanda Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə xatirəsi anılıb.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, idarə və müəssisələrin kollektivləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri şəhərin mərkəzi meydanında ucalan Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Eyni zamanda Şirvan Şəhər Heydər Əliyev Mərkəzi ziyarət olunub, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilib.






