Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Ürəkləri qoruyaq” adlı maarifləndirmə tədbiri keçirilib.

21 oktyabr 2022 | 16:52

Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin Regionlarda ürək-damar xəstəlikləri və onların profilaktikası mövzusunda maarifləndirmə layihəsi çərçivəsində 20 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində “Ürəkləri qoruyaq” adlı tədbir keçirilib. Şirvan Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində keçirilən maarifləndirmə tədbirində Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri və layihənin rəhbəri Sevda Rəfiyeva, Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Cavidan Hüseynov, tibb işçiləri, şəhər sakinləri iştirak edib. Tədbirdə ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən, risk qrupuna daxil olan sakinləri, habelə anadangəlmə ürək qüsuru olan azyaşlı uşaqların valideynləri bu xəstəliklər, onların profilaktikası barədə geniş məlumatlandırılıb. Tədbirin keçirilməsində də məqsəd yerlərdə əhalinin sağlamlığının yaxşılaşmasına qismən də olsa nail olmaq, xəstəliklərin qarşısını almaq və xəstəliklərə nəzarət etməkdə insan potensialının inkişafına sosial-iqtisadi baxımdan yardımçı olmaqdır.

 

 

Mətbuat xidməti

Keçidlər