Şirvanda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirilib.
Noyabrın 6-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdarəsinin birgə təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində 12 nömrəli tam orta məktəbdə ”Uşaq evlilikləri: problemlər və həlli yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aysu Gözəlova, Şirvan-Salyan Regional Gənclər və İdarəsinin Gənclərlə iş sektorunun müdiri Samit Həsənov və şəhər məktəbliləri iştirak ediblər.
Çıxışlarda iştirakçılara erkən nikah və qohum nikahları, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları və bu sahədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.