Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirilib.

01 noyabr 2022 | 18:55

01 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 oktyabr-20 noyabr "Uşaq hüquqları aylığı" çərçivəsində "Hüquqlarımızı bilək və qoruyaq" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Şirvan Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi- Rafael Nəsirov, Şirvan şəhər Polis şöbəsinin sahə rəisi Polis Kapitanı Rəhimov Emin, Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Nərmin Məmmədova, Şirvan Gənvlər Evinin əməkdaşı Nicat Sarxanov, GİKM Şirvan nümayəndəliyi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri və Şirvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin fond mühafizi Yahyayeva Fəridə açaraq bildirib ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi- Rafael Nəsirov yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasının vacibliyini diqqətə çatdırıb. Erkən nikah və onun fəsadları, uşaqların hüquqları, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması barədə  geniş məlumat verib. Gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu beynəlxalq sənədlərdən və qəbul edilən qanunlardan  bəhs edib. Gənclər evinin əməkdaşı Nicat Sarxanov və Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Nərmin Məmmədova psixoloji yardım haqqında qanunun əsas anlayışları, psixoloji yardımın növləri və formaları, psixoloji yardım sahəsində dövlət siyasəti, psixoloji yardımın prinsipləri, təhsil və tibb müəssisələrində psixoloji yardımın xüsusiyyətləri  ilə bağlı məlumat veriblər. Gənclərə psixoloji sağlamlıqlarını qorumaqları və əlavə qeyri formal təhsildən faydalanmaları tövsiyə edilib. Tədbir diskusiya şəklində davam edib.

 

Mətbuat xidməti

Keçidlər