Şirvanda uzunömürlülərdən olan 102 yaşlı sakin vəfat edib
21 avqust 2023 | 17:16
Şirvan şəhərinin uzunömürlü sakinlərindən olan İskəndərova Minə Mirzəbala qızı 21 avqust 2023-cü il tarixində, 102 yaşında dünyasını dəyişib. Şirvan şəhəri, Bayramlı qəsəbəsində yaşayan Minə İskəndərovanın 10 övladı, 28 nəvəsi, 48 nəticəsi və 6 kötücəsi vardır.
Şirvan Şəhər İcra Hakimiyyətinin kollektivi adından Minə İskəndərovaya Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.