Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin xatirəsi anılıb.

04 oktyabr 2025 | 11:47

Şirvan şəhərindən olan şəhid Cavid Natiq oğlu Məmmədlinin anım günü münasibətilə Şəhidlər Xiyabanında tədbir keçirilib.

Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə şəhid Cavid Məmmədlinin və digər şəhidlərin məzarları ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.

Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın işğaldan azad edildiyini, üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığı vurğulayaraq, bu gün həmin ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd edib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Cavid Məmmədli “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü"  medalları ilə təltif edilib.

Keçidlər