Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi Elnur Qarayevin qardaşının toy mərasimi keçirilib.

03 iyun 2023 | 12:33

Vətən müharibəsi şəhidi Elnur Qarayevin qardaşı Qorxmaz Qarayevin 02.06.2023-cü il tarixində keçirilən toy məclisində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. Toy mərasimində öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndilib. Çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid anası Mahirə Qarayevaya xoş təbriklərini çatdıraraq, yeni ailə həyatı quran cütlüyə can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıb. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Məlumat üçün bildiririk ki, şəhid Elnur Qarayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 
Keçidlər