Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidləri Süleyman Bağırovun anım günü, Elnur Qarayevin doğum günü qeyd olunub.

13 noyabr 2022 | 14:15

13 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidləri Süleyman Loğman oğlu Bağırovun və Elnur Qalib oğlu Qarayevin Şəhidlər Xiyabanında məzarlarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.
Şəhidlərin məzarları qarşısında çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onların valideynlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkürünü bildirib və Allahdan səbir diləyib. Vətən müharibəsinin şərəfli məqamlarından və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Bir neçə gün əvvəl noyabrın 8-də Zəfər Gününün təntənə ilə qeyd edilməsində qəhrəman əsgər və zabitlərimizə, şəhidlərimizə borclu olduğumuzu vurğulayıb. Noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən türk dövlət başçılarının hər birinin çıxışına  30 ildən sonra tarixi torpaqlarını azad etməsi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevi təbriklə başlamasını tarixi ədalətin bərpası və türk birliyinin sarsılmaz ifadəsi olduğunu diqqətə çatdırıb. Bu gün znım və doğum günlərini qeyd etdiyimiz şəhidlərin hər birinin əbədi ehtirama layiq olduğunu bildirərək,  bütün şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını vurğulayıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını bildirib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Ölkə başçısının Zəfər Günü ərəfəsində imzaladığı sərəncamla Süleyman Bağırovun “Vətənə xidmətə görə" ordeni ilə təltif olunmasının şəhidlərin xatirəsinə ehtiramın bariz nümunəsi olduğunu bildirib. Şəhid adlarının əbədiləşdirilməsi, ailələrinin diqqət və qayğı ilə əhatə olunması sahəsində Şirvan şəhərində görülən işlərdən danışıb. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində məzarlarının izdihamla ziyarət olunduğunu bildirb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, din xadimi Hacı Vasif  hər bir şəhidin ailə üzvlərinə səbir, bütün şəhidlərə Allahdan rəhmət diləyiblər. Süleymanın və Elnurun həyat yolundan və döyüşlərdəki şücaətindən danışıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Şəhidlərin valideynləri övladları ilə qürur duyduqlarını bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonra tədbir iştirakçıları şəhid Süleyman Bağırovun vaxtilə yaşadığı məhəllədə ehsan süfrəsində, eləcə də Gənclər evində Elnur Qarayevin xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.
 

Mətbuat xidməti

Keçidlər