Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidlərinin anım və doğum günləri qeyd olunub.

12 oktyabr 2023 | 12:41

12 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidləri Emil Hümbətov və Bəxtiyar İslamovun anım, Röyal Məmmədov və Əli Mənəflinin doğum günü münasibətilə xatirəsi anılıb.

Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Ramil Əhmədov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə mərasim iştirakçıları şəhid məzarlarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər..

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailələrinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğullar böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən söz açıb, tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Şəhidlərimizin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğunu, xalqımızın mərd, igid, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulayıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.

Digər çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara və şəhid ailələrinə dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinin daim diqqət mərkəzində olduğundan danışıblar. Sonra din xadimləri tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Qeyd edilib ki, şəhid Hümbətov Emil Tərlan oğlu 1992-ci il oktyabrın 30-da Şirvan şəhərində dünyaya göz açıb. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin məzunu olub. Vətən müharibəsi başlayan gündən ön sıralarda yer alıb. Vətən müharibəsi zamanı Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 12 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.

Şəhid İslamov Bəxtiyar Saleh oğlu 11 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 4 nömrəli tam orta məktəbi bitirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, daha sonra Heydər Əliyev adına Ali Hərbi məktəbin məzunu olub. Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib, 12 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər