Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

12 oktyabr 2026 | 15:01

Oktyabrın 12-də Şirvan şəhər Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri Emil Hümbətov və Bəxtiyar İslamovun anım günləri, eləcə də Röyal Məmmədov və Əli Mənəflinin doğum günləri münasibətilə anım tədbiri keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətindən, Vətən müharibəsi zamanı hərbçilərimizin nümayiş etdirdikləri qəhrəmanlıq, şücaət və fədakarlıqdan bəhs edib. Bildirib ki, Azərbaycanın tarixi Zəfərinin qazanılmasında canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad ediləcək, onların qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq.

İlqar Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışıb. Şirvan şəhərində də şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, onların müraciətlərinin və qarşılaşdıqları problemlərin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər şəhidlərin Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs edərək, onların əziz xatirəsinin daim yaşadılmasının və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayıblar. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının əhəmiyyəti qeyd olunub.

Qeyd edilib ki, şəhid Hümbətov Emil Tərlan oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şücaətə görə”, şəhid İslamov Bəxtiyar Saleh oğlu isə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Keçidlər