Şirvanda Vətən müharibəsinin şəhidi Kamran İlqar oğlu Fərəcovun anım günü qeyd olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun Zəfər yürüşündə iştirak edib, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Kamran İlqar oğlu Fərəcovun anım günü 28 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində qeyd olunub. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Kamran Fərəcovun anım günü münasibətilə məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib və Allahdan ona səbir diləyib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafinda sıx birləşən xalq-ordu həmrəyliyinin qazandığı Şanlı Qələbədən, əsgər və zabitlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıb. Qalib Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, rəşadətli hərbiçilərimizlə xalqımızın qürur duyduğunu söyləyib. İşğaldan azad edilən torpaqlarımız abadlaşdıqca, o torpaqlarda üçrəngli bayrağımızı dalğalandıran, bizə Qələbə sevincini və qürurunu yaşadan Kamranların ruhunun şad olacağını söyləyib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı şirin canlarını fəda edərək Vətən torpağını qoruyan igidlərimizin hər zaman dərin ehtirama layiq olduqlarını, qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını vurğulayıb. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib. Vətən müharibəsinin bütün qəhrəmanları kimi Kamranın da döyüşlərdə göstərdiyi şücaətin dövlət başçısı tərəfindən dəyərləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif edildiyini vurğulayıb. Vətənimizn müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Əhmədov, din xadimi Hacı Vasif, şəhid Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı tariximizin şanlı səhifələrini yazan Vətən müharibəsinin qəhrəmanlarından bəhs ediblər. Şəhid adının müqəddəsliyini və əzəmətini xüsusi qeyd edərək, Kamran Fərəcovun qısa, lakin şərəfli həyatı, şanlı döyüş yolu haqqında danışıblar. Ölkə başçısının həm cəbhədə, həm də diplomatik görüşlərdəki zəfərlərindən danışıblar. Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığını bildiriblər. Şəhidin atası İlqar Fərəcov vətənpərvər oğul böyütdüyü üçün qürur duyduğunu bildirib və iki il müddətində hər zaman yanlarında olduğu üçün şəhər rəhbərliyinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətbuat xidməti