Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda vətəndaşlarla növbəti görüş keçirilib.

20 oktyabr 2026 | 14:30

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov oktyabrın 20-də şəhərin Bayramlı qəsəbəsində (M.Ə.Sabir küçəsi, 1) sakinlərlə səyyar görüş keçirib.

Görüşdə şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Görüşdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhərdə həyata keçirilən abadlıq-quruculuq və yenidənqurma işləri, eləcə də şəhər təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, şəhərin müxtəlif ərazilərində su və kanalizasiya şəbəkələrinin yenilənməsi, küçələrin müasir işıqlandırma sistemi ilə təmin edilməsi və yolların asfalt-beton örtüyünün təzələnməsi istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, MİDA-nın “Yeni Şirvan” yaşayış kompleksi, Kür çayının sahilində inşa olunan “Şirvan bulvarı” və digər infrastruktur layihələri ilə bağlı görülən işlər diqqətə çatdırılıb.

Həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramının icrası istiqamətində nəzərdə tutulan tədbirlər və şəhərin gələcək inkişaf perspektivləri barədə məlumat verilib.

Görüş zamanı qəsəbə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.

Görüş iştirakçıları müraciətlərinin dinlənilməsi və qaldırdıqları məsələlərə diqqətlə yanaşılmasından razılıqlarını bildirərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də müraciət prosesinin daha rahat və operativ həyata keçirilməsi məqsədilə vətəndaşlar “myGov” platforması vasitəsilə müraciət edə bilərlər. Qeydiyyatdan keçərkən dəvət kodunu qeyd etməyiniz xahiş olunur. Şirvan şəhəri üzrə təyin edilmiş "mygov" referral kod: SRVANRRH

Aşağıdakı keçiddən istifadə etməklə birbaşa xidmətlər səhifəsinə keçid edə bilərsiniz.

Xidmətlər: https://my.gov.az/.../52f0ccb5-059a-4589-9777-e9f5208b4d91 

Dövlət qurumlarına rəsmi məktub: https://my.gov.az/digital-post/create?is_other_selected=true 

Keçidlər