Şirvanda Xan qızı Natəvanın 190 illiyinə həsr olunmuş sərgi təşkil edilib.
31 avqust 2022-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan bədii fikrinin görkəmli siması, şairə və xeyriyyəçi Xurşudbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 mart 2022-ci il tarixli Sərəncamına əsasən “Tək inci kimi parlayan xan qızı Xurdşudbanu Natəvan” adlı sərgi təşkil edilib. Tədbirdə Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Şirvan Folklor Evinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan şəhər nümayəndəliyi iştirak edib. Öncə Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Fəridə Yahyayeva Xurşidbanu Natəvanın yaradıcılığının dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılmasından, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlərin həyata keçirilməsindən, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəlinin, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstünün ucaldılması haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra isə Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva Xurşudbanu Natavanın 190 illik yubileyinin işğaldan azad olunmuş Şuşamızda qeyd olunmasının əhəmiyyətindən bəsh edib. Tədbir iştirakçıları Qalereyanın dərnək üzvlərinin Xurşudbanu Natəvanın portretlərindən və Qarabağın təbiət mənzərələrindən ibarət rəsm əsərlərinin yer aldığı sərgi ilə tanış olublar. Əsərlərin ideya baxımdan eyni mövzunu əhatə edsə də fərqli texnika və üslubda işləndiyi vurğulanıb. Sərgidə 25-dən artıq rəsm əsəri və Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fonduna aid Xurşudbanu Natəvan haqqında yazılmış kitablar nümayiş olunub. Sonda gənc könüllülər Mənzər Məmmədova və Aqil Kərimli vətənpərvərlik mövzusunda musiqilər ifa edib. Qeyd edək ki sərgi 3 gün davam edəcək.
Mətbuat xidməti