Şirvanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
26 fevral 2026 | 18:12
Fevralın 26-da Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin M.Füzuli adına mədəniyyət və istirahət parkında ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.






