Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda YAP-nın yaranmasının 30 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

11 noyabr 2022 | 15:02

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər təşkilatının birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəallları iştirak edib. Aksiya zamanı 300-ə qədər şam ağacı əkilib. Əkilən ağaclara lazımi aqro-texniki qulluq göstərilməklə suvarılıb və dayaqlarla bərkidilib. Ağac əkilən əraziyə “Yeni Azərbaycan Partiyası bağı” adının verilməsi təklif olunub.

Mətbuat xidməti

Keçidlər