Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Yarımçıq təhsil, erkən nikah və qohum nikahının fəsadları” mövzusunda tədbir keçirilib.

05 dekabr 2023 | 17:20

05 dekabr 2023-ü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yarımçıq təhsil, erkən nikah və qohum nikahının fəsadları” mövzusunda Şirvan şəhər Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “Şirvan Şəhər Mərəkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsi”in Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinin, şöbə müdiri Mehparə Səmədovaya, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Pərviz Qasımov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Zamin Əsədov və şəhər ümutəhsil məktəblərinin şagirdləri iştirak edib. 

 Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, dünyada olduğu kimi ölkəmizdə də ekən nikahın fəsadlarına və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu, buna görə də ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi bazanın yaradıldığını bildirib. Şəhər ərazisində məişət zorakılığı hallarının aşkar edilməsi, zorakılıq qurbanlarına hüquqi və mənəvi dəstək göstərilməsi, zorakılıq törədən şəxslərlə maarifləndirici söhbətlərin aparılması, lazım gələrsə məsuliyyətə cəlb edilməsi, erkən nikahların və qanunsuz kəbinlərin qəti şəkildə qarşısının alınması, qızların təhsil alması, reproduktiv sağlamlığa nəzarət olunması və digər məsələlərlə bağlı monitorinq qrupunun qısa zamanda gördüyü işlərdən danışıb.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək, məktəblilərə erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahların fəsadları barədə ətraflı məlumat verib. Erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıb. Erkən evliliyin 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və bu səbəbdən gələcəkdə ailədaxili zorakılıq hallarının artması ilə nəticələndiyini qeyd edib.

“Şirvan Şəhər Mərəkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsi”in Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Mehparə Səmədova qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunduğunu qeyd edib. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi, dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin rahat həyat sürmələri üçün atılan addımların başlanğıcı olduğunu vurğulayıb.

Şəhər Polis Şöbəsinin əməkdaşı Pərviz Qasımov cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddələri barədə məlumat verib. Qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib.

Sonra çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Zamin Əsədov erkən nikahların yeniyetmə qızların təhsildən yayınması və onların təhsil hüququnun pozulması ilə müşahidə edildiyini bildirərək, bu faktları aradan qaldırmaq üçün dövlət orqanları kimi ictimaiyyətin, həmçinin ağsaqqal və din xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər