Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib.

02 aprel 2024 | 15:19

Aprelin 2-də Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, idarə və müəssisələrin rəhbərləri, məktəbin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.

Öncə məktəbin şagirdləri “Yaşıl dünya” mövzusuna həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söz açaraq, qeyd edib ki, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Bildirib ki, COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut etməklə, dünya ölkələrinin Azərbaycana növbəti dəfə yüksək etimad və hörmətinin göstəricisidir. Şirvan şəhərində ekologiyanın qorunmasının və ətraf mühitin sağlamlaşdırılmasının daim diqqətdə saxlanıldığını, abadlıq və təmizlik ənənələrinin mütəmadi davam etdirildiyini bildirərək, məktəblilər arasında ekoloji mədəniyyətin, təbiətə olan qayğı hissinin təbliğ edilməsinin, bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru Səadət Quliyeva beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər