Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş rəsm sərgisi təşkil olunub.

31 may 2024 | 15:26

Mayın 31-də Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birlikdə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi keçirilib.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov uşaq və yeniyetmələri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəasində keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıb. Dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərini, ekoloji mədəniyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin bariz nümunəsidir.

Sərgidə 30-dan çox istedadlı uşaq, yeniyetmə və gənclərin 40-a yaxın rəsm və əl işləri təqdim edilib. Çəkilmiş rəsm və əl işləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər