Şirvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Noyabrın 21-də Şirvan Şəhər İcra Hakimiyyəti və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə Şirvan-Hacıqabul avtomobil yolunun Heydər Əliyev prospektinə düşən hissəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, ərazi partiya təşkilatının sədrləri, partiya fəalları, xidmət təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə təşkil edilən aksiya zamanı əraziyə müxtəlif növ ağac və gül kolları əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.