Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib.

04 mart 2024 | 12:26

Martın 4-də Şirvan Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Şirvan Gənclər Evində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rafail Nəsirov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, din xadimləri, yeniyetmə və gənclər iştirak ediblər.

Çıxış edənlər dini radikal və ekstremist meyillərin tarixi, təbliğatı və hədəf kütlələri barədə məlumat verərək, bu kimi neqativliklərdən qorunmaq naminə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar. Radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyətini vurğulayıblar. Dini radikalizm və ekstremizmin fəsadlarını, gənclərin radikal meyillərdən qorunmasında həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyini diqqətə çatdırıblar.

Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sənədli film nümayiş olunub.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər