Şirvanda yeniyetmə voleybolçularla görüş keçirilib.
Oktyabrın 2-də Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Şirvan Olimpiya və İdman Kompleksində yeniyetmə voleybolçularla görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı, həmçinin digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə voleybolun inkişafı, regionlarda bu idman növünə marağın artırılması, yeniyetmə və gənclərin idmana cəlb olunmasının əhəmiyyətindən danışıblar. Daha sonra voleybol üzrə nümunəvi çıxışlar izlənilib, idmançıların hazırlıq prosesi ilə tanış olublar.
Nümunəvi çıxışlar zamanı voleybol üzrə məşq prosesinin ayrı-ayrı elementləri, texniki və taktiki hazırlıq istiqamətləri, eləcə də gənc idmançıların bacarıqları nümayiş etdirilib.






