Şirvanda “Yeniyetmələr arasında zorakılıq hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Sentyabrın 30-da Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmələr arasında zorakılıq hallarının qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları və şəhər ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbirin məqsədi gənc nəslin təhlükəsiz və sağlam mühitdə böyüməsi, asudə vaxtlarının faydalı keçirilməsi, həmçinin uşaq və yeniyetmələr arasında zorakılıq mövzusunda məlumatlılığın artırılmasıdır.
Çıxışlarda uşaqların və yeniyetmələrin hüquqlarının qorunması, zorakılığın təsirləri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Həmçinin, yeniyetmələrin asudə vaxtlarını daha faydalı və yaradıcı şəkildə keçirmələri üçün müxtəlif metod və fəaliyyətlər diqqətə çatdırılıb.
Tədbirdə iştirakçılarla interaktiv müzakirələr aparılıb, diqqət edilməli olan məqamlarla bağlı tövsiyələr verilib.






