Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub.

07 noyabr 2023 | 20:02

Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konsertdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramı məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya və şəhərimizin mədəniyyət və incəsənət nümayəndələrinin vətənpərvərlik mövzularındakı ifaları ilə davam etdirilib.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Keçidlər