Şirvanda Zəfər Günü qeyd edilib.
Şirvan şəhərində M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər abidəsinin önündə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər ictimaiyyəti iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.
Respublikamızın və şəhərimizin incəsənət nümayəndələrinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda atəşfəşanlıq olub.