Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Zəfər Günü Şəhidlər Xiyabanı ziyarət olunub

08 noyabr 2023 | 11:14

8 Noyabr - Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların məzarlarını, Birinci Qarabağ müharibəsində itkin düşənlərin xatirəsinə ucaldılan abidəni, şəhid analarının şərəfinə ucalan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət ediblər.

Keçidlər