Şirvanda Zəfər günündə ağacəkmə aksiyası keçirilib.
8 Noyabr Zəfər günü münasibətilə Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və istirahət parkında ucaldılmış “Zəfər” abidəsinin ətrafında Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhərin idarə və müəssisələrinin nümayəndələri iştirak edib. Ümumilikdə 1000-dən çox şam ağacı əkilib, eləcə də Heydər Əliyev meydanında və Bayraq meydanında çoxlu sayda gül kolları əkilib. Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə birlikdə ötən il şəhidlərin xatirəsinə əkilən ağaclara da baxış keçirib.
Mətbuat xidməti