Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib.

28 aprel 2025 | 18:18

Aprelin 28-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birlikdə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.

Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan əməkdar elm xadimi, tibb elmləri doktoru,  akademik, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü bu günlərdə ölkəmizin hər yerində qeyd edilir. Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördükləri böyük işlərdir. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da əməyi böyükdür. Qeyd edib ki, Zərifə xanım Əliyeva dövlət xadiminin qızı, dövlət xadiminin həyat yoldaşı, dövlət xadiminin anası olmaqla əbədiyaşarlığa qovuşmuşdur.

Sonra çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, “İşıq” qəzetinin baş redaktoru, şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanıdılması istiqamətində gördüyü işlərdən, eləcə də görkəmli alimin insani keyfiyyətlərindən danışıblar.

Tədbirdə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı ilə davam edib.

Keçidlər