Şriftin ölçüsü :

Saytın rəngi :

Tariximizə imzasını Zəfərlə yazan Lider

24 dekabr 2022 | 10:17

Hər bir xalqın böyüklüyü dünyaya bəxş etdiyi güclü  şəxsiyyətlərlə, millətini önə çıxarda bilən ziyalılarla, adını tarixə yazan liderlərlə ölçülür. 2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Bu olduqca çətin tarixi missiyadır. Lakin buna baxmayaraq ölkə başçımız çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı. Bu, dövlətçilik tariximizin çox mühüm faktıdır. Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin – Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik dərsi alıb, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnib, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olub. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxıb, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlayıb, onun ən yaxın silahdaşı olub, şərəfli mübarizə yolu keçib. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Bir xalqın, dövlətin onu qələbələrə, uğurlu inkişafa götürüb, istək və arzularını, qarşılarında duran problemini həll edən bir lideri varsa, o xalq, millət xoşbəxtdir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqı da dünyanın xoşbəxt xalqlarından biridir ki, onun istək və arzularını reallaşdırıb, qələbəyə götürən İlham Əliyev kimi bir Lideri var. Bu gün İlham Əliyev istər klassik, istərsə də müasir dövrün liderlik keyfiyyətlərini özündə birləşdirən şəxsdir. 44 günlük Vətən müharibəsi zamanı sanki xalqımız və bütün dünya siyasətçi, dövlət xadimi və şəxsiyyət kimi onu yenidən kəşf etdi. Çünki ölkəyə başçılıq etdiyi 18 il ərzində mənfur düşmənlə apardığı danışıqların bütün yükünü təkbaşına çiyinlərində daşımasından yalnız dar çevrənin xəbəri vardı. 44 gün ərzində dəmir məntiqə və dəmir yumruğa malik olduğunu nümayiş etdirən milli Liderimiz öz xalqının ədalətli və haqlı mövqeyini çatdırmaq üçün danışıqlar, müsahibələr və müraciətlər vasitəsilə dünyanın qapanmış gözlərini açmağa çalışdı. Bu mərhələdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün dünyanın gündəminə çevrildi. Vətən müharibəsində qazanılan Böyük Qələbə Prezident İlham Əliyevin Qarabağ uğrunda Vətən müharibəsindəki zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir. İlham Əliyev müqayisəsiz parlaq simadır, dünya səviyyəli liderdir. Onun xalqı üçün gördüyü işlərin miqyası müqayisiyəgəlməzdir. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin idarəçilik məharətinin sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir. Bu gün Prezident cənab İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qoşa qanad kimi Azərbaycanı zirvələrə ucaldırlar. Azərbaycan mədəniyyətini, Azərbaycan iqtisatiyyatını, Azərbaycan siyasətini daxildə və xaricdə böyük ləyaqət və məhəbbətlə təbliğ edərək xalqımızın qədim keçmişindən bu gününə kimi keçdiyi həyat yolunu dünyaya örnək göstərirlər. Möhtərəm prezidentimiz  İlham Əliyev Azərbaycan tarixinə imzasını Zəfərlə  yazıb. “Millətimin  imzasının imzalar içində” olması üçün bütün istedadı, var gücü ilə çalışan ölkə başçımızın- Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin doğum günü sevincinə  bu gün bütün xalqımız qəlbən şərikdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamlı addımlar atır. Xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır. Dövlət başçısı İlham Əliyev Vətənə, xalqa məhəbbətini öz əməlləri, ölkənin daha coşqun inkişafı, Azərbaycan xalqı naminə göstərdiyi fəaliyyətlə sübut edir. Xalqımızın belə bir rəhbəri olması hər birimiz üçün böyük fəxrdir, qürur mənbəyidir.

 

Nəmidə Namini

Şirvan Şəhər Mədəniyyət Mərkəzinin direktoru

Keçidlər