Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsi keçirilib.

05 may 2023 | 16:30

4 may 2023-cü il tarixdə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Sən elə bir zirvəsən” adlı şeir müsabiqəsinin yekun mərhələsi keçirilib. Müsabiqəsinin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir. Öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, dahi rəhbərin şəxsi keyfiyyətlərindən və liderlik məziyyətlərindən söz açaraq dövlətimizin qurulması və güclənməsi istiqamətində yorulmaz fəaliyyətindən ətraflı danışıb. Tədbirdə Şirvan şəhər ümumi təhsil məktəbləri iştirak edib və Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib. Müsabiqənin yekununda 9 saylı tam orta məktəbin şagirdi Ağacanova Aysun Yaqub qızı 1-ci yerə, 10 saylı tam orta məktəbin şagirdi Rəhimova Sevda Firuz qızı və UGİM-nin dərnək üzvü Əhmədova Mehriban Əhməd qızı 2-ci yerə, 13 saylı tam orta məktəbin şagirdi Mustafayev Xalid Əli oğlu və 2 saylı tam orta məktəbin şagirdi Hümbətov Rəvan Qədir oğlu 3-cü yerə layiq görülüb. Sonda müsabiqənin qalibləri fəxri fərmanlarla təltif olunub.

Keçidlər