Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin banisidir”adlı tədbir keçirilib.

05 may 2023 | 10:53

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. 04.05.2023-cü il tarixində Hacıqəhrəmanlı qəsəbə İcra Nümayəndəliyində “Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin banisidir”adlı tədbir keçirilib. Tədbirdə ŞİHB Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hənifə Mövlayev, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının əməkdaşı Valeh Xudaverdiyev, ŞİHB-nın Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Hüseynov, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra Hakimiyyətinin şöbə müdiri Hənifə Mövlayev çıxış edərək, Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında Ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərinin, həyat və fəaliyyətinin hər bir məqamının Azərbaycan xalqının qürur və iftixar mənbəyi olduğunu bildirib. Sonra Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının əməkdaşı Valeh Xudaverdiyev yalnız sosial-iqtisadi yüksəliş deyil, o dövrdə milli-mənəvi dəyərlərə qayıdışın da Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən olduğunu, mənsub olduğu xalqın milli müstəqillik duyğularının reallaşması, dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxması, zəngin milli mədəniyyətimizin bütün dünyada nümayiş etdirilməsi üçün əlindən gələni etdiyini qeyd edib. ŞİHB-nın Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Hüseynov çıxış edərək bildirib ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərmiş, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mütəxəssisi Pərişan Novruzova Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən və görüşündən danışaraq bildirmişdir ki, o xalq xoşbəxtdir ki, onun xilaskarı müəyyən biri tarixi dövrdə insanları düşdüyü bəlalardan qurtarmaqla yanaşı, xalqı gələcəkdə üzləşə biləcəyi təhlükələrdən qorumaq üçün əbədi xilaskarlıq yolu müəyyənləşdirir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xilaskarlıq yolu xalqımızı hələ neçə yüzillər böyük təhlükələrdən qoruyacaq, müstəqil dövlətimizin qarantı olacaqdır.

Keçidlər